Dəhşətli Çətinliyi Ağlagəlməz Fürsətə Çevirən Qadın

Şəkildə olan qızın adını tələffüz etmək çətindir. Onun başına gəlmiş həyat hekayəsinə inanmaq daha çətindir. Yenə də cəhd edin. Qızın adı Immaculee Ilibagiza-dır.

1994-cü ildə Ruanda soyqırımı zamanı onları əsgərlər öldürməsin deyə, katolik kilsəsinin rahibi Immaculeeni və 7 başqa qadını öz evinin 1m*1.2m-lik hamamında gizlədir.

8 qadın 1 kiçik hamamda 91 gün ərzində gizlənməli və gözləməli olur. Immaculee başqa qadınlardan fərqli olaraq hamama girmədən öncə kitab rəfində olan İncil kitabını və İngilis dilinin lüğətini götürür. 

Nəticədə hamamdan çıxan Afrikalı qız BMT-də işləyə biləcək səviyyədə ingilis dilini öyrənmiş olur və işə düzəlir. ABŞ-da olarkən dünyaca məşhur təlimçi Wayne Dyer-lə görüşü zamanı həyat hekayəsini paylaşır. Təsirlənən Dyer ona kitab çap etməyi təklif edir.

2006-cı ildə nəşr edilən “Left to Tell” – adlı kitab Nyu-York best-seller siyahısına düşür.

Bu gün Immaculee həm yazıçı, həm də beynəlxalq təlimçidir.

Baxış sayı: 2380

Xoşuna gəlirsə paylaş...Share on Facebook
Facebook
0Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
Pin on Pinterest
Pinterest
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir