Qiymət?

1-ci məqam
Qiymət – İştirak etmək, “xüsusi” olmaq üçün ödənilən bədəldir.
Universitetin 1-ci kursunda oxuyanda bir qəzetdəki tənqidi məqaləni müzakirə edirdik. Filan oteldə keçən ziyafətdə adi kolbasanın bir dilimi 9 şirvana verildi. Bir sözlə, məqalənin müəllifi onun dünya görüşündə sürreal olan qiymətlərdən gileylənirdi.
Bizim bölmə rəhbəri Alexander Magill bu məsələylə bağlı qısaca dedi:
“Bəli, həqiqətdə bu kolbasanın qiyməti 9 şirvan deyil. İnsanlar o məbləği həmin kolbasanı yemək üçün deyil, həmin ziyafətdə ola bilmək üçün ödəyir. Həmin ziyafətin təşkilatçıları əmin olmaq istəyir ki, məhz o dilimə o məbləği ödəyə bilənlər orda olsun və kənar şəxslər orda iştirak etməsin.“

2-ci məqam
Qiymət – Brendin diktə etmə və ya edilmə mexanizmidir.
Krizis dövründə belə Rolex və ya Ferrari şok endirim etməyəcək. Çünkü onlar müəyyən bir dəyərin mövcud olduğunu hiss etdirmək üçün roket qiymətləriylə işləyir.
Brayan Treysi Bakıda olarkən demişdi:
“İnsanlar maya dəyəri 138 dollar olan Apple telefonlarını sadəcə diktə edilən dəyər mövcud olduğu üçün alır.”
Seth Godin isə daha maraqlı bir məqamı vurğulayır:
“Kimdə daha ucuzdur yarışına girişməyin. Çünki həmin yarışı siz udmuş ola bilərsiniz.”
Bəzi butiklərin qarşısında dayanıb ora heç bir zaman girməyəcəksiniz, çünki ordakı “ola biləcək qiymətlər şokunu və sizin həmin məbləği ödəyə bilməmə diskomfortunu” yaşamaq istəmirsiniz. Lakin elə yerlər var ki, orda qiymətlər kifayət qədər ucuz ola-ola hətta o qiymətləri də rahatlıqla endirə bilirsiniz. Bir sözlə bu qiymət ya əl çatmaz zirvədədir, ya da hamının əlləyə biləcəyi çökəklikdə.

3-cü məqam
Ucuz ətin vəziyyətini bilənə pulsuz ətdən danışmaq lazım deyil.
Super bir xidmət və ya məhsul görürsünüz. Şübhəsiz ki, ondan istifadə etmək istəyirsiniz. Ancaq həmin o xidməti göstərən və o məhsulu satanları əksər hallarda nəzərə almırsınız. Qoyulan enerji, əl işi, beyin işi və s. Siz Ferrarini 10.000 manata almaq istəyə bilərsiniz. Bu normal istəkdir. Ancaq unutmayaq ki, o brendi brend edən onun əlçatmaz olmasıdır. Yəni hamı üçün olmamasıdır.
Siz GR8 məhsullarını 60-80-90 manata əldə etmək istəyə bilərsiniz. Ancaq o zaman siz yalnız həmin məbləğin əvəzini almış olacaqsınız. Bu isə nə sizi, nə də bizi xoşbəxt edəcək. Qiymətlərimizi tərtib edərkən həqiqətən verə biləcəyimiz dəyəri, prosesin hamı üçün deyil keyfiyyəti və nəticəni sevənlər üçün olmasını nəzərə almışıq.

4-cü məqam
Qiymət – Məhsul və ya xidmət üçün deyil, onların yaşatdığı hiss üçün ödənilir.
Hər kəs o inanılmaz, təkrarolunmaz hissləri yaşamaq istəyir. Həmin hissi yaşamaq üçün ödənilən məbləğdən danışmağa ehtiyac yoxdur. Filankəsə aid əşya adətən 300 manatdırsa, onunla bağlı hekayə qiyməti 3000 manat edir. Əgər həmin əşyadan ancaq 3 nəfərdə varsa, bu həmin əşyanı 300.000 manata qədər çıxara bilir. Əgər həmin əşya hərracda satılırsa və iki nəfər onun üstündə rəqabət aparırsa onun qiyməti 3 milyona çıxa bilər. Bir sözlə qiyməti artıran və ya qiyməti bu qədər yüksək edən ona bərkidilmiş hisslərlə düz mütənasibdir.
Bu məqamlardan hansı sizin üçün aktualdır? Fikirlərinizi bilmək maraqlı olar. (Joshgun Karimov)

Baxış sayı: 632

Xoşuna gəlirsə paylaş...Share on Facebook
Facebook
0Share on Google+
Google+
0Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
Pin on Pinterest
Pinterest
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir