Vərdişlərinlə bacara bilərsən!

Deyəsən, vərdişlərinizlə problem yaşayırsınız.  Ya da uğurlu olmaq üçün yeni vərdişlər qazanmaq istəyirsiniz. Ya da sadəcə bunu oxumaq maraqlıdır. Ümid edirəm, bu yazı sizə nələr üçünsə  başlanğıc olacaq, ya da sizi hərəkətə keçirəcək.

Gələcəyimiz üçün xəyallarımız var, məqsədlərimiz var, amma nail olmaq üçün bəzi fəaliyyətlər həyata keçirməliyik, nəyi isə həyatımızdan çıxarmalıyıq. Qulağa çox asan gəlir, lakin bunun üçün birinci günü, ayın əvvəlini gözləyirik, təxirə salırıq. İlk növbədə bu vərdişlərinizdən qurtulun.

Vərdiş üçün 21 gün sehirli tilsim var. Məsələn, 21 gün səhər tezdən oyansan artıq bu sənin vərdişin olacaq. 21 gün bəlkə də simvoldu. Sizin inamınız sizin stimulunuzdur. Nəyəsə inancınız  özünüzə inam yaradacaq. 21 günün gücünə inanın, öz gücünüzə inanın, inandığınıza inanın. Mütləq inanın!

Böyük hədəfin ətrafı kiçik məqsədlərdən ibarətdir. Həm böyük hədəflərinizi, həm kiçik, gündəlik hədəflərinizi yazın. Kiçik məqsədləriniz asan olacaq. Hətta bu, gündəlik 1 ədəd alma yemək ola bilər. Günün sonunda həmin məqsədinizin qarşısında + işarəsi sizin nə qədər əzmkar insan olduğunuza dair bir sübut olacaq. Sizi sevindirəcək.

Bir də düşünün həyati əhəmiyyəti olan bir hədəfinizi həyata keçirmisiniz. Bravo, əjdahasınız! Yazdıqlarınıza əməl etdikcə sizdə özünəinam yaradacaq. Daha dəqiq desək, planlı birinə çevriləcəksiniz.

Çox vaxt özümüzü monoton həyatın içində görürürük. Çarəsi yeni vərdiş qazanmaqdır. Yəni vərdiş, həm də yeni rəng deməkdir. Rəng solğunlaşmağa doğru gedirsə, daha yeni bir, inkişafınıza təkan verəcək vərdiş sizin həyat tərzinizi dəyişəcək. Əgər siz hər gün səhər idmanı etməyi vərdiş etmisinizsə və artıq monoton hal alıbsa, hər axşam gəzin. Artıq bu da monoton hal alıbsa, velosiped sürməyə başlayın. Yeniliklər kəşf edin.

Bəzən etməli olduğumuz vacib işlər var. Amma onu etmək “gözümüzə durur”. Cəsarət etmirik, çətin məsələdir. Mark Tven “Səhər ilk işiniz canlı bir qurbağa yemək olsun, çünki günün qalan hissəsində daha pisini yaşamayacaqsınız.” “Çətin mərhələni keçmək, rahat nəfəs almaq” bu hissləri həyatınızda bir dəfə də olsun yaşamısınız yəqin ki. Hər gün bunu etmək həm də sizin gün ərzindəki motivasiyanızı, əhvalınızı yüksək saxlayacaq. Gündəlik ev təmizləmək çox cansıxıcı işdir. Bunu günün əvvəlində etdikdə, bütün günü evin təmiz qalması hissi sizi rahatlıq hissini yaşadacaq.

Vərdişlərinizin sizin həyat tərzinizi yaratdığı üçün diqqətli olmaq lazımdır. Yalnız özünüzə deyil, həm də ətraf üçün yararlı olacaq vərdişlər qazanmaq lazımdır. Yardım etməyə vərdiş edin. Sizə gümrahlıq qazandıracaq.

Vərdiş həyatımızın yolunu istiqamətləndirir. Xoşbəxtliyini, özünəinamını, hədəfə çatmağını, həyat tərzini istiqamətləndirir. Yavaş başlayın, addımlarınız kiçik olsun. Hər halda, yerində saymaqdan yaxşıdır. İnkişafınız üçün hədəflərinizə uyğun vərdişləri qazanın. Vərdişləriniz sayəsində qazanacağınız uğurlaq sizə zövq verəcək.

Məncə sınamağa dəyər. 🙂

Müəllif: Aynur Novruzova

 

Baxış sayı: 1632

Xoşuna gəlirsə paylaş...Share on Facebook
Facebook
73Share on Google+
Google+
0Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
Pin on Pinterest
Pinterest
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir