Uğurlu ünsiyyət üçün 6 qayda

İnsan fərd olmaqla yanaşı, həm də cəmiyyətin bir hissəsidir.

Hər gün çox sayda insanla əlaqədə oluruq. Ünsiyyət ancaq danışmaq, söhbət etmək, vaxt keçirmək deyil. Eyni zamanda söhbətdən faydalanmaq, zövq almaq və təbii ki, müsahibimizdə özümüz haqda xoş təəssürat yaratmağa çalışmaqdır. Xüsusən də, əgər müsahibimizlə yeni ünsiyyət qurmuşuqsa.

Effektiv kommunikasiya bacarıqları həyatımızda zəruri rolu olan, lakin bunu inkişaf etdirməyimiz üçün bir o qədər də səy göstərmədiyimiz bir bacarıqdır. Əgər istər cəmiyyətdə, istərsə də iş mühitində daha effektiv ünsiyyət qurmaq istəyirsinizsə, bu məsləhətlərdən faydalana bilərsiniz.

1. Bədən dilinizə diqqət edin.
Qarşınızdakı insanla söhbət etdikdə qollarını çarpazlaşdırmısınızsa, fikriniz ayrı aləmdə, gözləriniz bütün otağı gəzirsə, sizcə həmsöhbətinizə necə təsir bağışlayırsınız? Unutmayın ki, daha yaxşı ünsiyyət üçün göz kontaktı vacibdir. Təbii ki, bədən dilini bilmək qarşınızdakı insanın da mövzuya, ümumiyyətlə sizinlə söhbətə nə dərəcə də meyilli olduğunu göstərir.

2. Danışan zaman lazımsız pauzalardan istifadə etməyin.
Söhbət zamanı biz, yaxud qarşımızdakı şəxs fikrini tamamlaya bilmədiyindən tez-tez pauzalardan istifadə edir, yaxud bu pauzaları nidalarla (deməli, ııı, aaa və s.) doldurur. Fikrini öncədən tam bütövləşdirməsən də, bu nidaların ara-sıra yox, tez-tez işlədilməsi  zehni yorur, beləliklə də, ünsiyyət uğurlu alınmır.

3. Çox uzun danışmayın.
Fikri qısa, anlaşılan ifadə etmək hər zaman köməyə çatır. Bunu adətən kiçik hekayələr şəklində etmək ən uğurlu seçim ola bilər.

4. Sual verin.
Danışıq zamanı fikriniz yayına bilər, yaxud söhbət etdiyiniz şəxsin sizi tam anlamadığını sezə bilərsiniz. Bu zaman nəzakətli şəkildə sual verin və aydın danışıqdan əmin olun.

5. Sərhəd qoymağı bacarın.
Söhbət zamanı  sizin telefonla məşğul olmağınız qarşınızdakı şəxs üçün hər zaman ədəblə qarşılanmaya bilər. Ona görə də sosial şəbəkə mənbəyi kimi telefonlardan bəzən uzaq durmağa çalışın, xüsusilə də, siz kiminləsə söhbət edirsinizsə.

6. Dinləyin.
Dinləmək qabiliyyətini formalaşdıra bilmisinizsə, siz əsas məsələni artıq həll etmisiniz. Söhbət zamanı həmsöhbətinizin fikri ilə tam razı olmasanız belə, tez-tez qarşınızdakının fikrini tamamlamasına imkan verməyib, öz fikrinizi bildirmək yaxşı hal kimi dəyərləndirilmir.

Müəllif: İlham Rüstəmov
Hazırladı: Nərmin Mürsəliyeva

Baxış sayı: 1385

Xoşuna gəlirsə paylaş...Share on Facebook
Facebook
31Share on Google+
Google+
0Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
Pin on Pinterest
Pinterest
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir