ÖZÜMƏ VERDİYİM 14 SÖZ

1) Heç vaxt rutin yaşam tərzi ilə yaşama.
Sənə böyüməyə kömək edən və səni komfort zonandan çıxaran şeylərə cəhd etməyə davam et. Həyat sənin komfort zonandan kənarda baş verənlərdir. Komfort zonandan çıx . Dünyanı oyun sahənə çevir və sonuna qədər həyatını yaşa.

2) Hər kəsdən hər şeyi gözləmə.
Gözləntilərin yalnız və yalnız özündən olsun. Hər kəs səni əvvəl-axır tək qoyacaq. Ona görə yox ki, onlar sənə qarşı pisdirlər, sadəcə ona görə ki, onların priotitetləri sənin gözləntilərindən fərqli ola bilər.

3) Mümkün qədər mühakimə etməməyə çalış.
Çox hadisə səni mühakimə etməyə sövq edəcəkdir. Amma etmə, boş burax. Hər şey olmalı olduğu kimi olacaqdır. Diqqət etməli olduğun şey yalnız özün olmalısan.

4) Dəyişiklikdən qorxma.
Həyatın müəyyən nöqtəsindən sonra ətrafa baxdıqda hər şeyin fərqli olduğunu görürük. Həmin nöqtə göstərir ki, sən həmin yerdə yaxud da olmağa ümid etdiyin yerdə deyilsən. Başqa heç nəyə olmasa belə özünə inamın var. Bunlar səni gələcəyə aparır. Bu fikrə inamın olsun!

5) Başqalarına kobudluq etmədən ayaq üstə dayanmağı öyrən.
Nə istədiyini demək və bunu başqalarını incitmədən etmək bəzən çətin olur. Sən dediyin, etdiyin, yaxud fikirləşdiyin hər şeyi isbat etmək məcburiyyətində deyilsən. Yalnız o zaman danış ki, sözlərin heç nə deməməkdən daha faydalı olacaq.

6) Özünü öz dünyanda rahat hiss et.
Özünü dünyanın gözündən gizlətməyi dayandır. Səndən daha yaxşı danışan, daha ağıllı və cəlbedici insanları gördükdə əhvalını pozma. Onların daha yaxşı olmağı sənin pis olmağın demək deyil. Ümidsiz olmaq əvəzinə, olduğundan daha yaxşı olmağı öyrən. Həyat olduğundan daha yaxşı olmaq üçün daim özünü çətinliyə salmaqdır. Yalnız özünlə yarış.

7) Artıq keçmişdə qalan, səni incidən şeylərdən əl çək.
Sən daha yaxşı insanlarla tanış olacaqsan, onlar sənin keçmişindəki kimi olmayacaq və bəlkə də bu, sənin üçün ən yaxşısı olacaq. Qaçmağı dayandır. Keçmişində olan insanların orda olmasının bir səbəbi var. Yaralarını qaşıma ki sonra da qanamasından şikayətlənməyəsən.

8) Təriflər və alqışlar üçün yaşama.

Çünki onlar sizin başınızı sığalladıqları qədər də tezliklə alçaldıcı mühakiməyə çevrilirlər. Başqalarının fikirləri elə də əhəmiyyət daşımır. Həm tərifləri, həm də tənqidləri. Nə ilə təsirləndiyinə diqqətli yanaş. Çünki başqalarının təsirinə düşmək çox asandır. Bircə adam var ki, onun gözündən düşməməlisən. O adam özünsən.

9) Başının tərif yaxud tənqidlərlə dolmasına icazə vermə.
Hər ikisi eyni dərəcədə təhlükəlidir. Onlar səni inandırır ki, sən olduğundan daha yaxşısan və digərləri səndən pis vəziyyətdədir. Beləliklə də sən həmişə az olanla kifayətlənəcəksən. Başqaları üçün sonsuz fədakarlıqlar göstərmə. Yalnız özün istədiyin şeyi qurban ver.

10) Özünü və başqalarını necə qəbul etməyi öyrən.
Sənin onlar barəsində olan fikirlərinə uyğunlaşdırmaq üçün onları dəyişməyə cəhd göstərmə. Həmçinin özünü dəyişdirmə ki, insanlar ətrafında rahat ola bilsinlər. Özün ol, əgər həqiqətən də səninlə olmaq istəyirlərsə, hər necəsə insanlar sənə uyğunlaşacaqlar. İstəmirlərsə, lap yaxşı.

11) Başqalarının hər zaman oynadığı fikir oyunları ilə özünü çətinliyə salma.
Özündən məna çıxarmağı dayandır. Demək istədiklərini aydın şəkildə bildir və birbaşa deyilməyən hər hansı bir söz üçün üzr istəmə. Fikir yozmağa tələsmə. Bu, həyatı hədsiz çətinləşdirir.

12)  Gələcəkdən əmin olmamaqda bir problem yoxdur.
Xeyli insan sənin necə hərəkət etməli olduğunu deyəcək, eləcə də, etməməli olduğunu. Əlbəttə ki, sənin uğurunu ürəkdən istəyən insanlar da olacaq, istəməyənlər də. Ancaq bunların HEÇ BİRİNİN əhəmiyyəti yoxdur. Heç birinin.

13) Səhvlər etmək və peşmanlıq hissi normaldır.
Bu, onu bildirir ki, sən ən azı cəhd etmək üçün belə kifayət qədər cəsur olmusan. Həyat yalnızca nəaliyyətlərdən və əlinizi sıxmağa hazır insanlardan ibarət deyil. Belə həyat gözəldir. Lakin bunun olmaması o demək deyil ki sənin həyatın lazımsızdır.

14) Davranış yaxud hər hansı bir hərəkət sözlərdən daha üstündür.
Bəli, bu doğrudur. Sən nə edirsənsə, onu yansıdırsan, etmək istədiklərini söyləməklə bu, baş vermir. Nəyə nail ola bilərsənsə, o barədə danış. Sənin haqqında, sənin lehinə və ya əleyhinə danışan insanlar çox olacaq. Heç birinin əhəmiyyəti yoxdur. Heç nəyə baxmayaraq, özün üçün danış. Hər kəsdən möhkəm danış. İndi danış. Əgər sən soruşmasan, bil ki, cavablar həmişə YOX olacaq. Onu HƏ cavabına çevirməyi yoxla.

Hazırladı: Nərmin Mürsəliyeva

Baxış sayı: 1466

Xoşuna gəlirsə paylaş...Share on Facebook
Facebook
37Share on Google+
Google+
0Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
Pin on Pinterest
Pinterest
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir