Düzgün hədəfi necə qoyaq? SMART texnikası

Düzgün hədəflər arxasınca getmək arzuolunandır, lakin reallaşdırmaq o qədər də asan deyil. Bəs necə edək ki bizim üçün asan olsun? Bunu edə bilən şəxsləri uğurlu insanlar adlandırırıq. Yazının ardını oxumaqla həmin şəxslərin bu məsələ ilə bağlı köməyindən yararlana bilərsiniz.


Uğurlu insanlar obyektivdir və mümkün ola biləcək hədəfləri vardır. Nə axtardıqlarını və nə üçün mübarizə apardıqlarını bilirlər. Əldə edə bilməyəcəkləri, ya da özlərinə bir şey qatmayacaq hədəflərin arxasınca qaçmazlar. Əgər şəxsiyyətinizə və qabiliyyətlərinizə uyğun hədəflər təyin edib bu istiqamətdə planlı bir şəkildə irəliləsəniz, siz də uğur qapılarını aça bilərsiniz. İnkişafınızı qeyd etdikcə, çox uzaq görünən hədəflərin belə yaxınlaşdığını görəcəksiniz.

Hədəflərinizi meydana çıxararkən S.M.A.R.T (specific, measurable, attainable, relevant, timely) texnikasından istifadə edə bilərsiniz:

Specific (Dəqiq): Özünü rejimə sal.  Yəni “Bir idman zalına qeydiyyatdan keçib və 1 il boyunca həftədə 3 gün idmanla məşğul ol” – demək daha effektivdir. Çünki hədəfləriniz üçün məlum parametrlər istifadə etdikdə, doğru addımlar atma və hədəfinizə çatma şansınız daha da yüksək olur.


exactly

Measurable (Ölçüləbilən): Hədəflərinizi dəqiqləşdirdikdən sonra qeyd etdiyiniz irəliləmələri və mərhələləri idarə edə biləcəyiniz bir ölçmə texnikanız olmalıdır. Beləcə özünüzü daha yaxşı görər və uğurun uğuru gətirdiyini anlayarsınız.

A goldfish jumping out of the water to escape to freedom. White background.Attainable (Əlçatan): Bir hədəfin əlçatan olması üçün, edə biləcəyiniz və etmək istəyə biləcəyiniz bir şey olması lazımdır. Əgər “Bu hədəfə necə çata bilərəm?” sualının cavabını ala bilmirsinizsə, deməli hədəfiniz kifayət qədər əlçatan deyil.


relevant 2

Relevant (Uyğun): Hədəflərinizin şəxsiyyətinizə və qabiliyyətinizə uyğun olması lazımdır. Bir həkimin “saat 14:00-
a qədər 75 balıqlı sendviç hazırlayacağam” hədəfi, bu metoddakı digər bütün maddələrə uyğun olsa da, özünə uyğun bir hədəf olmadığı üçün əldə edilməsi olduqca çətin olar.
attainable

Timely (Vaxtında): Hədəflərinizi məlum bir zaman aralığına yerləşdirməlisiniz. Əgər hədəfinizə çatmaq üçün bir son tarix seçə bildinizsə, bu hədəfinizə fokuslanmağınıza kömək edər və sizi bu nöqtəyə təyin etdiyiniz zamandan daha da tez çatmağınız üçün tələsdirər.
time will not
Hazırladı: Nərmin Mürsəliyeva
Mənbə: uplifers.com

Baxış sayı: 1316

Xoşuna gəlirsə paylaş...Share on Facebook
Facebook
0Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
Pin on Pinterest
Pinterest
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir