Özünüzü xoşbəxt etməyin ən sadə 4 yolu

Əgər özünüzü xoşbəxt hiss etmək istəyirsinizsə sizə şad xəbərimiz var. Bunun üçün nə pula, nə də şan-şöhrətə ehtiyacınız var.

Xoşbəxt olmaq üçün ehtiyacınız olan sadəcə 4 addım bunlardır:

1. Özünüzə məşğuliyyət tapın.

Xoşbəxt olmağın təzadlarından biri də sizi xoşbəxt edən şeylərin bir müddət sonra müntəzəm hal almasıdır. Buna görə də yeni şeyləri sınaqdan keçirməyi özünüzdə adət halına gətirin. Əvvəlcə kiçik şeylərdən başlayın. Məsələn, idmana başlamaq, hər hansı sənət növü öyrənmək kimi. Bununla siz  yeni şeylər öyrənməklə güclü olduğunuz tərəflərinizi kəşf edə bilərsiniz.

2. Könüllü olun.

Tədqiqatlar göstərir ki, başqasına kömək edən insanlar özlərini daha xoşbəxt hiss edirlər. Belə olan halda kiçik ya da böyük fərq etmədən könüllü iş görmək sizi xoşbəxt hiss etdirəcək.

Freedom of the open road.

3. Üz-Üzə görüşməyə üstünlük verin.

Sosial münasibətlər və aidlik duyğusu insanın əsas xüsusiyyətlərindən birdir. Üz-üzə danışmaq, münasibət qurmaq, toxunmaq, gülmək həqiqi əlaqə yaratmaqdır. Buna görə üz-üzə əlaqə qurmağa üstünlük verin.

4. Minnətdar olun.

Tədqiqatlar göstərir ki, təşəkkür etdiyiniz şeyləri yüksək səslə demək, yazmaq mental və fiziki sağlamlığa faydalıdır. Bu eyni zamanda insanlarla münasibətlərinizi də inkişaf etdirir. Minnətdar olduğunuz şeylərə, insanlara təşəkkür etməyi unutmayın.

Hazırladı: Türkan Lətifli

Mənbə: Uplifers

Baxış sayı: 1144

Xoşuna gəlirsə paylaş...Share on Facebook
Facebook
35Share on Google+
Google+
0Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
Pin on Pinterest
Pinterest
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir