Hədəflərinizə çatmağın asan yolları

“İstədiyini əldə etmək və ondan lazım olan kimi istifadə etmək ağıllı insanların əsas hədəfidir”. Frank O’Malley

Hədəf təyin etməyə dünyaya gəldiyimiz andan başlayırıq. Hər yaş dövründə fərqli hədəflərimiz olur. Yetkin dövrümüzə çatdığımız andan etibarən isə hədəflərimiz dəqiq olmağa başlayır və məsuliyyət artır. Məqsədlərə çatmaq üçün qərarlar verilir, planlar qurulur. Sahib olduğumuz potensial güc, irəliləmək və istədiyimiz yerə çatmaq üçün istifadə edilir.

Çox insan məqsədlərinin fərqində deyil. Məqsədlərinin fərqində olmayan insan nəyə nail olmaq istədiyini dəqiqləşdirə bilməz. Hədəf təyin etmək üçün ilk əvvəl nə istədiyinizi dəqiqləşdirməlisiniz. Bunun üçün isə özünüzə “Necə bir gələcək istəyirəm?” sualını verməlisiniz. Beləliklə nə istədiyinizi müəyyənləşdirmiş olarsınız. Nə istədiyini bilməyən insanın uğuru təsadüfi olar və bu da insanın uğuruna görə sevinməsinə mane olar. Uğur, insanın özü üçün qoyduğu məqsədinə nail olmasıdır.
Hamımız hörmətli, uğurlu və bacarıqlı insanlar olmaq istəyirik. Digər insanlar tərəfindən uğurlu biri kimi görünmək hər kəsin istədiyi bir şeydir. Davranışlarımızı da bu məqsədə görə formalaşdırırıq. Aldığımız qərarlar, etdiyimiz seçimlər hədəfimizə çatmaq üçün planlaşdırılır.

20150724190206-success-focus-life-achievements

Dəqiq hədəflər

Gələcək planlarınız nədir sualına “Xoşbəxt olmaq istəyirəm”, “Çox pul qazanmaq istəyirəm”, “Uğur qazanmaq istəyirəm” kimi cavablar verirlər. Bunların heç biri hədəf deyil, sadəcə ümumi arzulardır. Arzular belə ümumi olanda ona çatmaq çətinləşir. Hədəflərə və arzulara çatmaq üçün onları hədəf halına gətirmək lazımdır.

“Nə edərək uğur qazanmaq istəyirəm?”, “Necə pul qazanmaq istəyirəm?” kimi suallarla istəklər dəqiqləşdirməli, necəhardan başlamaq lazım olduğu müəyyən olunmalıdır. Dəqiq olmayan hədəf bizi uğura aparmaz. Hansı şəkildənə edərək suallarına cavab tapmaq lazımdır.

Sosial və iş həyatında uğura nail olan insanlar hədəflərini dəqiq şəkildə müəyyən etmiş insanlardır. Müvəffəqiyyətli insanlar nə istədikləri barəsində detallı düşünüb, plan qururlar. Məqsədlərinə çatan insanların qeyri dəqiq hədəfləri yoxdur. Çatmaq istədikləri nöqtəyə doğru əminliklə və qətiyyətlə addımlayırlar. İnsan beyninin dəqiq olmayan hədəflərə yönəlməsi çətindir. Hara gedəcəyinizi təyin etmədən heç yerə çata bilməzsiniz. Hər hansı bir yerə çatsanız belə bu sizin istədiyiniz yer olmayacaqdır.

Həyatda insanın qarşısına çox seçim çıxa bilər. Seçimlər arasından seçim edib, qərarlar veririk. Bu qərarların doğru olması üçün nə istədiyimizi bilməyimiz vacibdir. Yoxsa “kaşki”lər artar. Hədəf olmadan itərsiniz. Qeyri-müəyyənlik inamsızlığa və bədbinliyə səbəb olar. Nəyə nail olmaq istədiyinizi müəyyən etməyin uğurun və bacarıqlarımız üzərində böyük təsiri var.

Hədəf təyin edərkən özünüzə “Hara getmək istəyirəm?”, “Nəyi bacarmaq istəyirəm?”, “Çatmaq istədiyim yer haradır?” kimi suallar verməlisiniz. Bu suallar məqsədlərinizin ağlınızda canlanmasına kömək edəcək. Hədəfinizə çatmaq üçün nə qədər vaxta ehtiyacınız olduğunu da müəyyən etməlisiniz. Böyük hədəfə qısa zamanda nail olmaq asan deyil. Zamanı doğru müəyyənləşdirmədikdə gözləntimiz real olmaz və hədəfə müəyyən etdiyiniz zamanda çata bilməmək motivasiyamızı aşağı salar. Bu doğru hədəf müəyyən etmədiyiniz qənaətinə gəlməyinizə və ümidsizliyə qapılmanıza səbəb ola bilər, halbuki, burda etməli olduğunuz vaz keçmək yox, real zaman planlaması qoymaqdır. Zamandan və enerjidən balanslı və doğru şəkildə istifadə etmək vacibdir. Məqsəd qısa zamanda çox iş görmək deyil, doğru zamanda effekiv iş görməkdir.

478619105-1024x716

 

Real hədəflər

Hədəflərin real olması vacibdir. Hədəflərimizin potensialımıza, sahib olduğumuz mənbələrə, şərtlərə uyğun olması lazımdır. Nail ola biləcəyiniz hədəflər sizə stimul verər, hədəfinizə çatdıqca özününüzə olan inamınız da artar. Real olmayan hədəflər isə sərf etdiyimiz enerjinin boşa getməsinə və bədbinliyə səbəb olar. Hədəfə çatmaq üçün onu dəqiqləşdirməklə yanaşı onun reallaşacağına da inanmalısınız. Hər kəsin fərqli hədəfləri vardır. Hansısa idman növündə uğur qazanmaq, təhsil sahəsində nailiyyət əldə etmək, çəki atmaq, işdə daha yaxşı vəzifəyə keçmək və s.

Nəyə nail olmaq istəyirsizsə bunu dəqiq şəkildə müəyyənləşdirin.

open-notebook-845x321

Addım atmamışdan əvvəl özünüzə sual verin. “Planım nədir?”

Hədəf dəqiq müəyyən edildikdən sonra ona nail olmaq üçün görüləcək ilk iş plan qurmaqdır. Plan qurmadan, çalışmadan hədəfə nail olmaq mümkün deyil.

Planın çox qəti və detallı olması vacib deyil. Əsas sizə necə yol göstərəcəyi və hədəfinizə çatmaq üçün sizi hərəkətə gətirməsidir. Vəziyyətə görə planı dəyişə və daha çevik hala gətirə bilərsiniz. Böyük hədəflərə çatmaq üçün pilləkənlər addım-addım çıxılmalıdır. Ona görə də məqsədə doğru gedən yolda qısa və çevik planlar qurmaq daha yaxşıdır. Planladığınız işləri həll etmək sizin böyük hədəfinizə çatmaq üçün doğru yolda irəlilədiyinizi göstərir.

Bəzi idealist insanlar  “ya ən yaxşısı olsun, ya da heç olmasın” prinsipi ilə yaşayırlar. Lakin bu ediləcək bütün cəhdlərə mane olur. İnsanı irəli aparmaqdansa, yerində addımlamasına səbəb olur. Böyük hədəflərə nail olmaq üçün qət edilən yolda hər şeyə hazırlıqlı olmaq və maneələrə baxmayaraq, inamla addımlamaq lazımdır.

Hədəf təyin etməmək və uğursuzluqdan qorxmaq insanın olduğu yerdə qalmasına səbəb olar. Heç bir cəhdsiz və risk etmədən yaşamaq insanın şəxsi inkişafına mane olan əsas amildir.

“Həmişə cəhd etdin, həmişə məğlub oldun. Yenə cəhd et, yenə məğlub ol, bu dəfə daha yaxşı məğlub ol”.  S. Beckett.

Hazırladı: Türkan Lətifli

Mənbə: Uplifers

Baxış sayı: 4406

Xoşuna gəlirsə paylaş...Share on Facebook
Facebook
0Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
Pin on Pinterest
Pinterest
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir