“Kitab satıcısının xatirələri” Corc Oruell

Hər zaman yazıçıların kitablar barədə fikirləri mənim üçün çox maraqlı olmuşdur. Bu yazı ilə qarşılaşanda çox sevindim. Axtardım, amma azərbaycan dilində tərcüməsini tapa bilmədim və tərcümə edib bölüşmək istədim. Böyük bir maraqla tərcümə etdim. Kitab satıcısından, ədəbi tənqidçidən və yazıçıdan kitab və insanları kim daha yaxşı təsvir edə bilərdi?! 

 

Bukinist mağazasında işləyərkən – orada işləməyənlər üçün kiçik bir cənnətməkan olan  mağazada adətən yaşlı bir cənab köhnə dəri üzlü kitabların arasında eşələnir-  mənə təsir edən əsas cəhət kitabsevərlərin az olması idi.  Mağazamızın maraqlı kitab ehtiyatı vardı, ancaq güman ki, alıcılarımızın on faizi yaxşı kitabı pisindən seçə bilirdi. Alıcılarımız arasında ilk nəşr arxasınca qaçan özündənrazılar, ucuz dərslik əldə etməyə çalışan şərqli tələbələr və qohumlarına ad günü hədiyyəsi axtaran xanımlar üstünlük təşkil edirdi.

Mağazaya gələnlərin çoxu zəhlətökən olurdular. Məsələn: ya “əlil üçün kitab” axtaran yaşlı bir xanım, ya da 1897- ci ildə gözəl bir kitab oxumuş başqa bir xanım. Bədbəxtlikdən nə kitabın adını, nə müəllifi, nə məzmununu xatırlamır, bildiyi yeganə şey qırmızı üzlü olmasıdır. Hələ hər bir bukinist mağazasına zülm edən iki tip insan növü də var.  Onlardan biri kiflənmiş suxarı iyi verən əldəndüşmüş yaşlı bir kişidir, hər gün, ya da gündə bir neçə dəfə gəlib heç kəsə lazım olmayan dəyərsiz kitablar satmağa çalışırdı.  Digər növ  isə  çoxlu kitab sifariş verib haqqını  verməyən insanlardır. Mağazada heç nəyi kreditə vermirdik, amma bəzən onları müştərilər üçün ayırır, bəzən isə lazım gəldikdə sifariş verirdik. Əlbəttə ki, ödənişi sonradan edəcəkdilər.  Kitab sifariş verənlərin çoxu qeyb olurdu. İlk vaxtlar bu məni təəccübləndirirdi. Bunu nə üçün edirdilər? Bahalı və nadir kitabları sifariş verir, gündə bir neçə dəfə xatırladır və sonradan qayıtmamaq üzrə yox olurdular. Onların çoxu əsil paranoik idilər.  Evdən necə pulsuz çıxdıqları barədə təmtəraqlı tonda ən təsiredici hekayələr danışırdılar- bəzən buna özləri də inanırdılar.  London kimi şəhərlərdə küçədə veyillənənləri çox görmək olar, elə bil nəsə onları bukinist mağazalarına çəkir, axı bukinist pula ehtiyac olmadan vaxt keçirə biləcəyin yeganə yerdir. Zamanla ilk baxışdan belə insanları tanımağı öyrənirsən.  Adətən mənasız, lazımsız söhbətlər edirlər.  Belə bir paranoik  gələn kimi istədiyi kitabı yığışdırır, gedən kimi  geriyə – rəfdəki yerinə qoyurduq. Belə qənaətə gəlmişdim ki, onların heç biri pulu vermədən kitab götürmək istəmirdi; sifariş verməklə kifayətlənirdilər- yəqin, belə edəndə özlərini ödəmə qabiliyyəti olan biri kimi hiss edirdilər.

 

Digər bukinist mağazalar kimi biz də əlavə işlərlə məğul olurduq. İkinci əl maşınkalar və markalar satırdıq- marka dedikdə istifadə edilmişləri nəzərdə tuturam. Marka yığanlar adətən qəribə və səssiz olurdular, amma təkcə kişilər bunlarla maraqlanırdı; deyəsən,  qadınlar müxtəlif rəngli kağızın yapışqan tikələriylə albomları doldurulmasında xüsusi gözəllik görmürlər.  Eyni zamanda, Yaponiyadakı zəlzələləri əvvəlcədən deyə bilən hansısa şəxs tərəfindən  yazılan altı pennilik ulduz falı kitabçaları da satırdıq. Zərfdə satılırdı, mən onların heç birini açmasam da, alanlar deyirdilər ki,  falda yazılanlar həqiqətdir. (Əgər orda yazılıbsa ki,  əks cins üçün cəlbedicisiniz, ancaq yeganə çatışmazlığınız əliaçıqlıqdır, təbii ki, “həqiqət” olar.) Uşaq kitablarından yaxşı gəlir əldə etdik, əsasən  “qalıqlarda”.  Müasir uşaq kitabları dəhşətlidir, xüsusilə də, əgər onları kütləvi satışda görürsənsə. Mən uşağa Petrenius Arbiteri verərdim, nəinki, Peter Peni. Hətta, Barni daha gənc təqlidçiləri  ilə müqayisədə daha cəsarətli və gərəkli görünür.  Milad ərəfəsində biz on ağır gün keçirirdik, açıqca və təqvim satırdıq- zəhmət tələb edən və gəlirli iş idi. Bu, mənə xristian hisslərinin səbəb olduğu abırsızlıqla tanış olmağa imkan verdi. Milad açıqcalarını istehsal edən firmalar öz kataloqlarını hələ iyun ayından bizə göndərirdilər. Yaddaşımda qəbzin üzərindən belə bir ifadə qalıb: “iki dənə on iki. Körpə İsa ilə dovşan”.

 

Ancaq bizim əsas işimiz kitabları icarəyə vermək idi.  Bütün əsərlərin 500-600-lük cildləri “depozitsiz 2 penilik” verilirdi. Bu tipli  kitabxanaları oğrular çox sevirdilər! Bu, dünyadakı ən asan cinayət idi hər halda, iki peniyə alıb, qiymətini silərək başqa dükanda bir şilinqə satmaq. Bununla belə kitab satıcıları düşünürülər ki, kitabların bir hissəsini itirmək ( ay ərzində kitabların çoxunu itirirdik) müştərilərdən depozit tələb etməkdən yaxşıdır.
Mağazamız Hampstead və Camden Townun kəsişməsində yerləşdiyinə görə bura hər tipdə insan gəlirdi, baronetlərdən tutmuş avtobus konduktorlarına qədər. Yəqin ki, kitabxanamızın oxucu kütləsi ortasəviyyəli idi.  Ona görə də, ən çox satılan  müəlliflər maraqlı idi. Pristli?

Hemingvey? Valpol? Vodehous? Xeyr, birinci yerdə Ethel M. Dell, ikincidə Varvick Deeping və Jeffrey Farnol üçüncü yerdə idi.  Dellin əsərlərini ələbəttə ki, yalnızca qadınlar oxuyurdu. Hər tip və hər yaş qrupu bura daxil idi. Hətta, evdə qalmış qızlarla, tütün kioskçuların dul qadınları da. Deməzdim ki, kişilər əsər oxumurlar, oxuyurlar, sadəcə olaraq çəkindikləri kitab tipləri var. Ortabab adlanan romanlar- adi, ingilis romanının norması olmuş pis-yaxşı, durulaşmış Galsvorth-  deyəsən yalnızca qadnlar üçün mövcud idi. Kişilər ya mötəbər romanlar, ya da xəfiyyə əsərləri oxuyurdular. Ancaq bu onlar üçün həddindən artıq maraqlı idi. Oxucularımızdan biri il ərzində yalnızca bizdən həftədə 4-5 kitab götürürdü ( başqalarından da götürürdülər!).  Ən maraqlısı o idi ki, bir kitabı ikinci dəfə oxumurdu. Onun oxuduğu hər şey (bəzən elə gəlirdi ki, il əzində oxuduğu səhiflərlə akrın yarısını örtmək olar) yaddaşına hopurdu. Müəlliflərin ya da kitabların adlarını bilmirdi, ancaq kitaba baxan kimi deyə bilərdi ki, bunu oxuyub ya yox.

 

Kitab satıcısı işləməklə insanların əsl zövqlərini öyrənirsən və ingilis klassiklərinin  unudulduğuna təəccüblənirsən.  Dikensi, Takeryi, Ceyn Ostini, Trollopu rəfə qoymaq mənasızdır, onsuz da onları heç kim götürməyəcək. IXX əsrin romanını açır və deyirlər:  “Necə də köhnədir!” dərhal da bağlayırlar. Ancaq hələ də Dikkensi və Şekspiri satmaq asandır. Dikkens o müəlliflərdəndir ki, oxucular hər zaman onun əsərlərini İncil kimi oxumağa hazırdılar və o, bukinistlərdə çox məşhurdur. İnsanlar şaiyələrdən   Musanın Allahı görməmək üçün əlləri ilə üzüörtülü şəkildə qamış səbətdə tapıldığını bildikləri kimi, Bill Sayksın oğru və Mr Micavbeınr keçəl olduğunu da bilirdilər.
Nəzərə çarpan digər şey isə amerika kitablarının artan qeyri-populyarlığı idi. Hər 2-3 ildən bir naşirlər qısa hekayələrin qeyri-populyarlığının nəticələrini görürdülər.  Kitabxanaya gələn alıcılardan bəziləri onlar üçün kitab seçməyi istəyəndə “Qısa hekayə istəmirəm” cümləsi ilə başlayır, ya da bir alman müştərimizin dediyi kimi “Qısa hekayələri oxumağı sevmirəm” deməklə kifayətlənirdi. Səbəbini soruşsanız, cavab verəcəklər ki, hər dəfə ayrı bir obrazla tanış olmaq yorucudur; onlar ilk fəsildən sonra yenilik olmayan kitablara “daxil olmaq”-ı xoşlayırlar. Məncə burda oxucudan çox müəllifi qınamaq lazımdır. Düşünürəm ki,  müasir ingilis və amerikan qısa hekayələri romanalarla müqayisədə  daha cansız və mənasızdır. İndi qısa hekayələr də kifayət qədər oxunur, məsələn D. H. Lavrence-in qısa hekayələri irihəcmli əsərləri kimi məşhurdur.

Mən hələ də kitab satıcısı olmaq istərdim?- Sahibkarın mehribanlığına və orada keçirdiyim bir neçə xoşbəxt ana baxmayaraq, yox.

Kifayət qədər və ağılla istifadə edilən kapital təhsilli insan bukinistlikdən az da olsa qazanc əldə edə bilər. Nadir kitablar elə də çətin ticarət deyil. Kitabların içində nə olduğunu bilirsənsə, bu başlamaq üçün böyük üstünlükdür. Əksər bukinistlər kitabın nədən bəhs etdiyindən xəbərsiz olurlar. Bunu onların sifarişlərinə baxmaqla da öyrənmək olar. Əgər siz orada Bosvell-in “Tənəzzül və məhv” əsərini görmürsünüzsə T. S. Eliot-un “Floss çayı üzərində dəyirman” əsərini mütləq görəcəksiniz. Bu işi yalnızca müəyyən dərəcəyədək bayağılaşdırmaq olar. İri şirkətlər baqqal və südçüləri sıxışdırdıqları kimi kiçik müstəqil kitab dükanlarını sıxışdıra bilməyəcəklər. Amma iş saatları çox idi- mən yarım gün işləsəm də, sahibkar kitablar üçün mütəmadi səfərləri saymasaq həftədə 70saat işləyirdi, bu isə sağlamlığa zərərlidir. Qışda kitab mağazası dözülməz soyuq olur- əks təqdirdə pəncərələr tərləyər, pəncərə isə  vitrindir. Kitablar kimi toz götürən başqa heç nə yoxdur, hər halda milçəklərin ölməsi üçün ən ideal yer adlandırmaq olar.

Kitab satıcısı olmaq istəməməyimin əsl səbəbi  kitablara qarşı sevgimin ölməsidir.  Alıcılara kitabla bağlı yalan deyilməsi kitaba qarşı olan hissləri dəyişdirir, həm də tez-tez onların tozunu almaq və yerlərini dəyişmək lazım gəlir. Bir vaxtlar həqiqətən də kitabları sevirdim- görmək, qoxularını duymaq, onları hiss etməyi sevirdim, xüsusilə, əgər onlar yarım əsrdən daha köhnə olurdularsa. Heç nə mənə kənd hərracında bir şillinqə bir neçə kitab almaq qədər zövq verə bilməzdi. Bu kolleksiyada nəsə xüsusi bir gözəllik var: XVIII əsrin unudulmuş şairləri,  ötən illərin qəzetləri, unudulmuş romanların ayrı cildləri,60-cı illərin qadın jurnallarının cildləri. Təsadüfi oxuma üçün –  məsələn, vannada, ya da yatağa gedə bilməyəcək qədər yorğun olduqda, qəlyanaltıdan əvvəl bir az vaxt olduqda “Qızlar üçün qəzet”-in son nömrəsinə göz gəzdirməkdən daha yaxşı heç nə yoxdur.  Ancaq kitab mağazasında satıcı işləməyə başlayandan sonra  kitab almağı tərgitdim. Daimi beş ya da on min kitabı görmək  yorucu və bir az da bezdirici olur. Son zamanlarda isə  nadir hallarda- oxumaq istədiyim, amma hardasa tapa bilmədiyim kitabı alıram. Artıq lazımsız şeylərə pul xərcləmirəm.  Köhnə kağızın şirin qoxusu mənim üçün öz cazibədarlığını itirib. Bu mənim şüurumdakı paranoik müştərilər və ölü milçəklərlə bağlıdır.

 

Mənbə: arzufariz.wordpress.com

Baxış sayı: 502

Xoşuna gəlirsə paylaş...Share on Facebook
Facebook
0Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
Pin on Pinterest
Pinterest
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir