Xoşbəxt olmağımıza mane olan 5 inanc tələsi

İşdə uğur qazanmaq, partnyorunmuzun sevgisi, ailə səadəti – bunların hamısı bizə xoşbəxtlik gətirə bilər. Lakin özümüz bu yolun qarşısını aldıqda bizdə heç nə alınmır. Bəs bunu necə edirik? Psixoloq, “Xoşbəxt olmaq həmişə rahat deyil” kitabının müəllifi Toma D’Ancembur bu haqda yazır:

“Xoşbəxtlik axtarışı, harmoniya axtarışıdır. Bundan başqa, sevilmək və insanların sizə ehtiyac duyması xoşbəxtlik gətirən amillərdəndir.”

Xoşbəxtlik layiq olduğunuz pensiya istirahəti və ya özünü dərk etmə və tanımadadır. Bəlkə də xoşbəxtlik illuziyadır və ona can atmaq faydasızdır. Biz özümüz özümüzə dolğun və mənalı yaşamağa mane oluruq. Gəlin baxaq, hansı inanc tələləri bizə xoşbəxtliyi tapmaqda mane olur?

Tələ 1. Xoşbəxtliyə layiq olmaq lazımdır.

Bu inanc depressiyaya, özünü günahkar hiss etməyə və həyəcana doğru birbaşa yoldur. Bu inanc bizi həyatda yalnız “hə” cavabını qəbul etməyə, diplomlar, statusu olan əşyalar yığmağa və güclü dostları ətrafımıza toplamağa məcbur edir. Hamısı da o ümidlə ki, nəhayət bu qazandıqlarımız öz-özünə xoşbəxtliyə çevriləcək.

Lakin reallıq daim qarşımıza sürprizlər çıxarır. Arzularımıza doğru sonsuz qaçışlarda boğula və nəticədə xoşbəxtliyi tapmaya bilərik, hətta bütün bu uğur atributlarını qazansaq belə. Digər bir təhlükə də var – özünü aldatma. Özümüzü inandıra bilərik ki, inkişaf etməkdən imtina edərək sahib olduqlarımızla qane olmalıyıq. Ancaq unutmayaq ki, başqalarına (valideynlərimizə, rəqiblərimizə və bütün dünyaya) göstərmək üçün uğur qazanmağa çalışmaqla yanlış məqsədi izləyirik.

Bəs nə edək?

Xoşbəxtliyi yolun sonunda çatdığımız nöqtədə deyil, getdiyimiz yolda görməliyik. Özünüzə sual verin: “Mənim etdiklərim, həyat tərzim və dəyərlərim xoşbəxtlik hissimlə hansı formada əlaqəlidir? Onlar mənə daxili bütövlüyü əldə etməyə və özümlə harmoniyada olmağa yardım edirmi?” Xoşbəxtliyin  əzablarımızın mükafatı kimi həyatımıza gələcəyini gözləməməliyik. Bunun üçün özümüzü daxildən dəyişməli və bizi dalana dirəyən mənfi düşüncə və strategiyalardan qurtulmalıyıq.

 

Tələ 2. Hadisələrə yalnız bir baxış bucağıyla baxmaq.

Biz ya düz düşünürük, ya da səhv. Əgər düz düşünürüksə o zaman bizimlə razı olmayan hər kəs  – uğursuz və kor, həqiqəti görə bilməyənlərdir. Və onlar bu halda özlərini pis hiss etmirlərsə deməli səmimi deyillər. Bu isə o deməkdir ki, dərhal səriştəsizliklərini onlara hiss etdirmək lazımdır.

Bu tələ bizi daim öz mükəmməliyimizi başqalarımıza sübut etməyə məcbur edir, nailliyyətlərimizi ölçmək və öz seçilmişliyimizin təsdiqi dalınca qaçmağa məcbur edir. Həm də bu inanc bizə yaxınlarımızın seçimini qəbul etməyə mane olur, hansı ki, bizim planlarımızla üst-üstə düşmür. Deyək ki, biz artıq uşağın gələcəyini düşünmüşük, o isə – nankor! – özünə bambaşqa bir yol seçib. “Mən yalnız o zaman xoşbəxt ola bilərəm ki, hər şey mən istədiyim kimi olsun” – bu, yetkin bir şəxsiyyətə xas olmayan kaprizli uşağın mövqeyidir.

 

Bəs nə edək?

Müxtəlifliyin dəyərini anlamaq lazımdır. Hər bir insanın baxışları və prinsipləri onun təcrübəsinə görə formalaşır. Yalnız bizim təcrübələrimiz mövcud deyil. Bu və ya digər inancın haradan qaynaqlandığını anlamaq üçün bunun arxasında dayanan həyat təcrübəsini görməyə çalışmaq lazımdır. Ola bilər ki, həmin insanın nümunəsi sizin üçün də faydalı olsun.

 

Tələ 3. Xoşbəxt insanların həyatında məğlubiyyətlər olmur.

Tam əksinə, xoşbəxt insanların əksəriyyəti çox məğlubiyyətlərdən keçiblər. Lakin bu inanc tələsi bizi daim işarələr axtarmağa məcbur edir: belə halda biz xoşbəxt ola bilərikmi? Biz buna layiqikmi? Xəyalların puç olması ilk dəfədən bizim içimizdə şübhə toxumları səpə və rutin mövcudluğun sərhədlərindən çıxmaqdan bizi əl çəkməyə məcbur edə bilər.

Bəs nə edək?

Məğlubiyyətləri faciə kimi deyil, dərs kimi qəbul etməliyik. Uşaqlıqda biz ətraf mühitin siqnallarına qarşı çox maraq göstərir və həssas oluruq. Ağrı da bir xəbərdarlıqdır: “Bura təhlükəlidir, digər bir yol tapmalıyıq.” Bu haqda düşünün, mənfi təcrübələr müsbət təcrübələrdən daha dəyərlidirlər. Hər şey biz istədiyimiz kimi yolunda gedəndə biz çətinlikləri necə dəf etməklə bağlı heç bir təcrübə qazana bilmirik. Bu o deməkdir ki, xoşbəxtliyimiz kağız ev kimi kiçik bir təkan nəticəsində dağıla bilər.

 

Tələ 4. Əsas olan heç kimi məyus etməməkdir.

Universiteti bitirdikdən sonra biz ixtisasımızı dəyişmək istəyirik, lakin bunu etmirik. Çünki bizə böyük yatırım etmiş valideynlərimizin gözləntilərini doğrultmamaqdan qorxuruq. Gəliri yüksək, lakin perspektivi olmayan bir işə giririk, çünki ürəyimizin dərinliyində istəmirik ki, insanlar bizə təəssüf hissi ilə yanaşsınlar. Biz çox vaxt ətrafdakıların mühakimələriylə razılaşırıq və ya öz fikrimizi bildirmirik, çünki istəmirik ki, kütlənin gözündə əcaib görünək. Bizim qorxularımız və narahatlıqlarımız bizə özümüzü tanımağa və əsl arzularımızı müəyyənləşdirməyə mane olur.

Bəs nə edək?

Tez-tez rastlanan problem: bizə elə gəlir ki, imtina və mübahisə mütləq bizi insanlardan uzaqlaşdırmalı və ya bir formada onlarla münasibətləri soyutmalıdır. Ona görə də biz çox vaxt qaynar mübahisələrə şirinlik qatmağa çalışırıq, üzr istəyirik və özümüzü günahkar hiss edirik. Belə halda növbəti tələbə yox demək bizə daha çətin olur. Lakin biz imtinaları aqresiyaya bağlamasaq bizə öz maraqlarımızı müdafiə etmək daha asan olacaq.

Sərhədlər qoymaq. Kimisə xəyal qırıqlığına uğratmamağı düşündüyümüz an özümüzə sual verək: o insanın rifahı bizdən nə dərəcədə asılıdır? Onun gözləntilərini doğrultmuşammı? Konkret olaraq işçi, valideynlik, partnyorluq rolları bizdən nələri tələb edir?

“Yox” sözünü qəbul etmək. Başqalarına imtina etmək üçün biz başa düşməliyik ki, heç kəs bizə heç nə borclu deyil. İmtinaları sakit qarşılamağı öyrənmək və laqeydlik – müstəqilliyə çatmaq deməkdir.

 

Tələ 5. Xoşbəxt insan hər zaman pozitivdir.

Geniş yayılmış lakin təhlükəli yalan: xoşbəxt insanlar öz problemlərini həll etməyi bacarıblar. Onlar bütün suallarına cavab tapıb, bütün ziddiyyətləri aydınlaşdırmış və dünyadan zövq almağın reseptini tapmışlar. Lakin insanlarla ünsiyyət digər bir şeyi aşkara çıxarır: onların həyatında da əvvəlki kimi konfliktlər var, vaxtaşırı onlar da kədərli olur və qorxu hiss edirlər. Bundan başqa isə onlar heç də həmişə kamilliyə çatmış, dəqiqə başı müdrik fikirlər səsləndirən ruhanilər deyillər. Əgər siz küskünlük, əsəb, paxıllıq və ya günah hissi yaşayırsınızsa özünüzə sual verin: niyə indi mən bunu hiss edirəm?

Başlıca olaraq emosiyaları yaxşı və pisə bölməməli.

Bəzi hisslərin, xüsusilə də qəzəb, qıcıqlıq, kədər və qorxu hissinin təzahürləri əksəriyyət üçün zəiflik əlamətidir. Lakin yaşamaq üçün onlar bizə lazımdır. Qorxu bizi ehtiyatlı edir, qəzəb bizə mübarizə üçün güc verir, kədər əlimizdə olanların qiymətini dərk etməyə kömək edir. Hər hansı bir emosiyada məna tapmaq olar, əgər ondan vaxtından əvvəl imtina etməsəniz.

Emosiyaların arxasında nələrin durduğuna diqqət etmək lazımdır. Əgər sizi qəzəb hissi bürüyürsə, siz küskünlük, paxıllıq və ya günah hissi keçirirsinizsə özünüzə sual verin: mən niyə bu hisləri keçirirəm? Bu hislər mənim arzularım barədə nə deyir? Bu cür yanaşma 2 məqam üçün çox faydalıdır: hissin verdiyi əzabı yüngülləşdirir və onu sizin xeyrinizə döndərməyə kömək edir.

 

Hazırladı: Jalə Nəcəfova

 

 

Baxış sayı: 1645

Xoşuna gəlirsə paylaş...Share on Facebook
Facebook
61Share on Google+
Google+
0Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
Pin on Pinterest
Pinterest
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir