Dilts piramidası: Niyə məhz bu həyatı yaşayırsınız?

Qəbul edin ki, hərdən özünüzə bu sualları verirsiniz: “Niyə bu cür yaşayıram?” və ya “Niyə sahib olduqlarıma sahibəm?” Elədirsə, sizinlə bu suala cavab vermək və Dilts piramidası haqqında danışmaq istəyirik.

Robert Dilts neyro-linqvistik proqramlaşdırmanın məşhur yaradıcı-ekspertlərindən biri, piramida vasitəsilə həyatınızın sadə modelini təsvir edib. Modelin xüsusiliyi ondadır ki, sizin hər “Niyə bu belədir?” sualınızın cavabı ondan bir səviyyə yuxarıdakı sualdadır.

  1. Piramidanın aşağı səviyyəsi məişət və gündəlik həyatınızla bağlı olub “Nələrə sahibəm?” sualıdır. Bu sualın cavabı sizin həm maliyyə vəziyyətiniz, iş və ya biznesiniz, həm də ev, ailə və ətrafınızla əlaqədadır.
  2. “Niyə bunlara sahibəm?” sualının cavabını tapmaq üçün ondan bir səviyyə yuxarıdakı suala üz tutmalısınız. Bu səviyyədə “Nələr edirəm?” sualı dayanır – aydındır ki, sahib olduğunuz şeylər hər gün etdiklərinizin nəticəsidir.
  3. Əgər “Niyə etdiklərimi edirəm?” sualını versəniz, cavab bir səviyyə yuxarıdakı sualda olacaq. Bu səviyyə “Nə cür seçim edirəm?” sualıdır – yəni sizin qərarlarınız, etdiyiniz seçimlər, strategiyanız, (“daha çoxuna nail olmaq istəyi” və ya “özünə əziyyət verməmək”, “bu gün ilə yaşamaq”, ya da “gələcəyin planını indidən qurmaq” və s.) sizin konkret situasiyada necə davranacağınızı göstərir. Məsələn, işdən gələndə xüsusi ədəbiyyat oxuyacaqsınız, idmanla məşğul olacaqsınız, yoxsa televizora baxaraq pivə içəcəksiniz? Və ya işdə yeni layihələr təklif edərək, onların məsuliyyətini öz üzərinizə götürəcəksiniz mi, yoxsa siz yalnız öyrəşdiyiniz, sizə asan olan işləri görməyə davam edəcəksiniz?
  4. “Niyə məhz bu seçimləri edirəm?” sualına cavab almaq üçün Dilts piramidasının ondan yuxarıdakı səviyyəsində yer alan “Nəyə inanıram?” sualına üz tutmalısınız. Dərhal aydın olur ki, siz yaxşı işi yalnız tanışlıqla tapmağın mümkün olduğuna inanırsınızsa, təhsil almaqla bağlı özünüzə əziyyət verməyəcəksiniz. Əksinə inadkarlığın bütün əngəllərə qalib gəldiyini düşünürsünüzsə bir işiniz alınmayanda, yenidən dəfələrlə cəhd edəcəksiniz.
  5. Özünüzə “Niyə inandığım şeyə inanıram?” sualını versəniz, cavabı piramidanın 5-ci səviyyəsində tapacaqsınız. Bu hissə kimliyinizə və özünü dərk etmə səviyyənizə cavabdehlik edir. Bu səviyyədəki “Mən kiməm?” sualının cavabı sizin inanclarınızdan asılıdır. Aydındır ki, “Mən bacarıqsız, heç kimə lazım olmayan, uğursuzun biriyəm” kimi düşünən insanın “Mən dahiyəm və uğur qazanmaq üçün dünyaya gəlmişəm” düşüncəsinə sahib olan insanın dünyaya baxışı arasında uçurum qədər fərq var.
  6. Nəhayət, piramidanın sonuncu səviyyəsi – həyatın missiyası və mənası haqqındadır və “Mən niyə yaşayıram?” sualına cavab verir. Bu suala dindar insanlar daha rahat cavab tapa bilirlər, çünki yaşamağın mənasını məhz yaşamaqda görmür, həyatdakı missiyamızın öz tərəfimizdən deyil kənardan kim isə tərəfindən, müəyyənləşdirildiyinə inanırlar. Lakin dindar olmayan insanlar etmək istədikləri bir işi özlərinə missiya seçirlər.

Nə üçün Diltsin piramidası haqqında bilməlisiniz? Çünki bu, yaşadığınız həyatı niyə məhz bu cür yaşadığınızı anlamağa sizə kömək edir, niyə məhz sahib olduqlarınıza sahibsiniz – öz həyatınızı ekspess-analiz etməyə imkan verir. İkincisi isə həyatınızda sizi sevindirəcək nəticələri əldə etmək üçün nələri dəyişmək lazım olduğuna dair sizə yol göstərir – bunun üçün isə hər dəfə bir səviyyə yuxarı qalxmalısınız.

Sistem analizin prinsiplərindən birinə görə “problem onun qoyulduğu səviyyədə həll edilə bilməz”.

Əgər sizin sahib olduqlarınız sizi qane etmirsə, ətrafınızdakı insanlar və ya maliyyə vəziyyətiniz olsun, Dilts modeli nələri dəyişməli lazım olduğunu sizə göstərəcək. Əgər düzgün tədbirlər istədiyiniz nəticələri vermirsə – deməli bütövlükdə strategiyanızı dəyişmək lazımdır. Strategiyanızı hansı yönə doğru dəyişmək laızm olduğu sizə aydın deyilsə, deməli, hələ öz inanclarınızı analiz etməyə davam etməli və harada səhv etdiyinizi tapmağa çalışmalısınız.

Beləliklə, Dilts modelini öz həyatınıza tətbiq edərək harada səhv etdiyinizi və bu səhvləri düzəltmək üçün nə etmək lazım olduğunuu biləcəksiniz.

Tərcümə: Jalə Nəcəfova

Mənbə

Baxış sayı: 1294

Xoşuna gəlirsə paylaş...Share on Facebook
Facebook
24Share on Google+
Google+
0Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
Pin on Pinterest
Pinterest
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir