Brayan Treysi “Karyera Pillələrində Sürətlə Yüksəlin”

Bu yazım Brayan Treysinin (əsl adı: Brian Tracy) “Karyera pillələrində sürətlə yüksəlin” kitabı haqqında olacaq. Kitab karyera pillələrində sürətlə yüksəlməyin, daha çox qazanmağın, daha uğurlu olmağın 21 yolundan bəhs edir. Kitabı oxudum. Həcmi az olsa da həqiqətən dəyərli məlumatlarla zəngin bir kitab olduğunu düşünürəm. Kitabdan altından xətt çəkdiyim ifadələri  aşağıda qeyd edirəm. Buyurub oxuya bilərsiniz. Xoş mütaliələr 🙂

1) Siz gücləndikcə sizi zirvəyə çıxardacaq olan qanadlar taxılmış olacaqdır, amma bugün o qanadların qüvvətlənməsi üçün şiddətli küləklərə davam gətirməlisiniz.

2) Qarşıda başınıza gələcək olanlar, bugün başınıza gələnlərə bağlı olmayıb, bugün başınıza gələnlərə necə reaksiya göstərdiyinizə və bugün nə etdiyinizə bağlıdır. Nə etdiyiniz isə hadisələrə necə baxdığınıza, yəni necə düşündüyünüzə bağlıdır.

3) Güc hər zaman ən yaxşı şəkildə məlumatlanmış olan insanın yanındadır.

4) Nə qədər pozitiv bir insansınızsa, sizi yuxarıya doğru itələyən təsiri o qədər çox hiss edərsiniz və yüksəlişiniz də o qədər sürətli olar.

5) Keçmiş və günahlandırma istiqamətli deyil, gələcək və hərəkət istiqamətli bir insan olmağa diqqət edin.

6) Liderləri özünüzə nümunə bilin, izləyənləri deyil.

7) Daha yüksək vəzifədəki biri kimi görünməyə başladığınız zaman, iş həyatınızda gələcəyinizi müəyyənləşdirəcəksiniz. Sizdən bir pillə yüksək vəzifədəki insanlar da sizin daha yüksək bir performans nümayiş etdirməkdə olduğunuzu düşünəcəklər və sizə daha yüksək vəzifəyə layiq biri gözüylə baxmağa başlayacaqlar.

8)  Əgər gələcəyi olan bir insansınızsa, gələcəyi olmayan biri kimi geyinməyin.

9) Kim nə deyirsə desin, insanoğlu başqasının xarici görünüşündən və giyimindən olduqca təsirlənər.

10) Bu dünyada irəli getməyi bacaran insanlar, ayağa qalxıb, arzu etdikləri mühiti tələb edən və əgər bu mühiti tapa bilmirlərsə özləri yaradan insanlardır. (George Bernard Show)

11) Gələcək tələb edən insanlarındır, arxaya söykənib işlərin düzəlməsini gözləyənlərin deyil. Gələcək ayağa qalxıb arzu etdikləri şeyləri istəyənlərindir.

12) Liderlik – problemləri həll etmə bacarığıdır.

13) Reid Buckley “Public Speaking” adlı kitabında deyir ki: “Əgər daimi olaraq bilik və bacarıqlarınızı yeniləmirsinizsə bilin ki, bir yerlərdə başqaları bunu edir. Və o insanla qarşılaşdığınız zaman, itirən tərəf siz olacaqsınız.”

14) Avtomobil sürərək keçirdiyiniz zamanı öyrənmə zamanına çevirmək kimi sadə bir əməliyyatla zamanınıza və pulunuza qənaət etmiş olarsınız.

15) Bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün hər fürsətdə oxuyun, araşdırın, seminarlarda iştirak edin və hər gün səs yazma proqramlarını dinləyin.

Bu yazım bu qədər. Ümidvaram ki, yuxarıdaki qeyd etdiyim ifadələrdən öyrəndiyiniz və ya götürdüyünüz nəsə oldu. Sona qədər oxuduğunuz üçün təşəkkür edir və “Bol kitablı günlər” arzu edirəm 🙂

Könül Paşayeva

Baxış sayı: 941

Xoşuna gəlirsə paylaş...Share on Facebook
Facebook
71Share on Google+
Google+
0Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
Pin on Pinterest
Pinterest
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir