Doğru yolda olduğunuzu göstərən 16 hiss

Heç ağlımıza belə gəlməyən bu “əlamətlər” nələri deyir, gəlin baxaq.

  1. Diskomfort hissi dəyişikliklərin əvəzolunmaz yoldaşıdır 

Təəssüf ki, biz diskomfort hissini (narahatçılıq hissi) bədbəxtlik hissi ilə qarışdırırıq və ona qalib gəlməyə çalışaraq əslində həyatımızda baş verəcək dəyişikliklərin qarşısını almış oluruq.

Düşüncəmizi yeniləmək, bizi məhdudlaşdıran fikirlərdən azad olmaq və həyatımızda baş verəcək dəyişikliklərə köklənmək üçün diskomfort hissinin olması vacibdir.

P.S. Diskomfort hissi çox vaxt xeyir gətirən bir siqnaldır 🙂

2. Uşaqlıq qorxularınızı sanki yenidən yaşayarsınız

Artıq böyüsəniz belə sizə elə gəlir ki, rastlaşdığınız çətinliklərlə uşaq olarkən mübarizə aparmısınız. İlk baxışdan elə görünə bilər ki, siz sanki bu çətinliklərdən dərsinizi almamısınız, lakin heç də belə deyil. Əslində baş verən odur ki, siz niyə belə düşündüyünüzü və hiss etdiyinizi dərk etməyə başlayırsınız.

Bu isə öz növbəsində “dəyişikliklərə ilk addım” deməkdir.

3. İtirilmişlik və natamamlıq hissi

İtirilmişlik hissi hazırkı həyatınızla daha çox yaşadığınızı göstərir, daha dəqiq desək, siz indi və hazırda olan həyatınızı yaşayırsınız. Keçmiş xatirələr və gələcəkdə baş verəcəklərlə deyil.

Bu hissə öyrəşənə qədər sizə elə gələcək ki, sanki yolunuzdan dönmüsünüz, lakin bilin ki, əslində hər şey əksinədir 🙂

4. “Sol beyin yarımkürəsi”nin dumanlanması

Çox vaxt beynimizin sağ yarım kürəsini işlətdiyimizdən bizə elə gələ bilər ki, sol beyin yarımkürəsinin funksiyası öz əhəmiyyətini itirməyə başlayıb. Qəflətən adi bildiyimiz diqqət, təşkilatçılıq və yaddaş kimi xüsusiyyətlər bizə çətin başa gəlməyə başlayır.

Artıq qəbul olunduğunu düşündüyümüz  emosiyalar dağılmağa başlayır. Və biz onlara mübarizə aparmağa başlayırıq, halbuki mübarizə deyil, onları qəbul edərək dərk etməyə başlamalıyıq. Yalnız onları dərk edib qəbul etməklə onlara qalib gəlmiş oluruq.

5. Yuxunun pozulması

Daha çox və ya daha az yatmağa başlayacaq, gecənin bir yarısı oyanacaqsınız, çünki bəzi şeylər haqqında düşünməyiniz sizi yatmağa qoymayacaq. Siz ya enerji dolu ya əksinə tamamilə özünüzü gücsüz hiss edəcəksiniz.

6. Öyrəşdiyiniz adi həyat xəttini dəyişəcək hadisələr baş verir 

Gözlənilmədən köçməli, sevdiklərinizdən ayrılmalı, işsiz qala bilərsiniz.

7. Özünüzlə tək qalmağa böyük ehtiyac yaranır

Həftəsonlarını dostlarınızla keçirmək istəyi birdən yoxa çıxır. Başqalarının problemləri sizi maraqlandırmaq əvəzində daha da enejimizi alaraq halsız edir.

8. Detalları ilə yadınızda qalan emosional və rəngarəng yuxular görməyə başlayırsınız

Yuxular yaşadığınız təcrübələri şüuraltına proyeksiya edərək  sizə nə isə deməyə çalışır.

9. Dostlarınızın sayı azalır

Özünüzü neqativ köklənmiş dostların əhatəsində getdikcə daha diskomfort hiss etməyə başlayırsınız. Neqativ düşünən insanların ən çatışmayan cəhəti odur ki, özləri bunu dərk etmirlər. Bunu onlara demək isə elə də asan olmadığından dostlarınızdan uzaqlaşmalı olursunuz.

10. Xəyallarınızın dağıldığını hiss edirsiniz

Ola bilər ki, siz hazırda reallığa doğru addımladığınızı dərk etmirsiniz, o reallıq ki, sizin xəyallarınızda qurduğunuzdan daha yaxşıdır. O cümlədən bu reallıq indiki “Siz”ə daha uyğundur, nəinki nə vaxtsa xəyallarınızda qurduğunuz “Siz”ə.

11. “Fikirləriniz ən böyük düşməninizdir” hissi

Başa düşməyə başlayırsınız ki, həqiqətən də fikirləriniz yaşadıqlarınızı formalaşdırır. Bunu dərk edəndən sonra artıq fikirlərinizi idarə etməyə başlayırsınız.

 12. “Əslində kiməm?” sualı ilə bağlı özünə inamsızlıq 

“Siz kim olmalısınız?” deyə qərar verdiyiniz  illüziyalarınız tamamilə yoxa çıxıb və qeyri-müəyyənlik halı yarandığından özünüzə olan inam itmək üzrədir.

Bu onu göstərir ki, siz inkişaf mərhələsindəsiniz. Hər şey pis tərəfə dəyişəndə əslində hiss etdiyiniz özünə inamsızlıq deyil, əsəbi vəziyyətdə olub özünüzə qapanmağınızdır.

 13. “Hələ nə qədər yolum var” düşüncəsi

Artıq niyyətinizin nə olduğunu bildiyiniz üçün bu hissi yaşayırsınız. Bu hiss nəhayət ki, sizin kim və harda olmağı bildiyinizi göstərir.

 14. “Bunları bilmək istəməzdim” dediklərinizi artıq bilməyiniz 

“Kiminsə həqiqətən də nə hiss etdiyini başa düşmək” və ya “Münasibətlərin sonu gəldiyini anlamaq” ya da “Siz artıq bu işdə qala bilməzsiniz” qənaətinə gəlmək. İrrasional narahatlığın səbəbi şüuraltında gizlənir, o vaxta qədər ki, həqiqətən də baş verənləri ciddiyə almağa başlayırsınız.

15. Dəlicəsinə öz yerinə danışmaq arzusu

Baş verənlərdə özünüzə müşahidəçi rolunu oynamağa imkan verdiyiniz üçün özünüzə əsəbləşmək onu göstərir ki, nəhayət ki, siz beyninizdə səslənən digər insanların deyil, öz səsinizə qulaq verərək, özünüzə hörmət etməyə və özünüzü sevməyə başlayırsınız.

16. Həyatınız və xoşbəxtliyiniz üçün məsuliyyətin ancaq sizin üzərinizdə olduğunu  dərk etmək

Belə bir fikir insanı qorxudur, çünki istənilən səhv addımın günahının ancaq özümüzdə olduğunu dərk edirik. Digər tərəfdən isə bunu dərk etmək azad olmağın yeganə yoludur.

Bu halda isə oynamağa dəyər 😉

Tərcümə: Arzu Nəcəfova

Baxış sayı: 771

Xoşuna gəlirsə paylaş...Share on Facebook
Facebook
8Tweet about this on Twitter
Twitter
Share on LinkedIn
Linkedin
Pin on Pinterest
Pinterest
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir