Düzgün hədəf təyin etmə texnikası

Özünüzə hədəflər təyin edirsiniz, ancaq hədəflərinizə çatmadan uğursuzluğa düçar olursunuz? Hədəflərinizi gerçəkləşdirmək üçün yollar axtarırsınız? Bu yazımda sizinlə birlikdə hədəfləri necə müəyyənləşdirmək lazım olduğunu öyrənəcəyik.Göstəriş və bəyanatlara son qoymağa nə deyirsiniz? Mən “hə” deyirəm. Elə isə birlikdə hədəfimizi həqiqətə çevirməyə kömək olacaq bəzi strategiyalara nəzər yetirək. Hazırsınız onları öyrənməyə? Elə isə başlayaq. Uğuru uğurla tamamlayan 6 mühüm, təsirli hədəf müəyyənləşdirmə texnikalarına nəzər yetirək.

Texnika №1: Hədəfiniz konkret olsun.

Bu son dərəcə vacibdir. Bu sanki xəritə yaratmaq kimi bir şeydir. Siz haradan başlayacağınızı və harada bitirəcəyinizi biləcəksiniz. Bu da sizi nəticəyə bir addım da olsa yaxınlaşdıracaq.

Hədəfinizi bacardığınız qədər spesifik edin. Tam olaraq nə istəyirsiniz? Misal: məqsədiniz arıqlamaqdırsa bunun mənası nədir? Arıqlamaq sizin üçün nə ifadə edir? Arıqlamaq sizə hansı avantajları verəcək?

Konkret nəzərdə tutulan nəticəni bilmək həlledici əhəmiyyətə malikdir. Bunu başa düşməkdə çətinlik çəkirsinizsə, meditasiya sizə kömək ola bilər. Tam səssizlikdə özünüzə bir az zaman ayırın və sadəcə nəfəs alın. Gündəlik həyat qayğılarından beyninizi təmizlədikdən sonra həqiqətən nə istədiyinizi müəyyənləşdirə biləcəksiniz.

Texnika №2: Hədəfinizi ölçüləbilən edin.

Hədəfinizə çatma nöqtəsinə gəldikdə, siz hal-hazırda hansı nöqtədə olduğunuzu ölçə bilməlisiniz. Misal, elə arıqlama misalı üzərindən davam edək. Müəyyənləşdirdiyiniz kiloya çata bilməyiniz üçün nə qədər kilo itirməlisiniz? 10, 20 və ya 50 kiloqram? Ölçüləbilən bir miqdar müəyyənləşdirin.

Texnika №3: Hədəfiniz real olsun.

Bu gün uğur əldə etmək istəyirsinizsə real bir şeylə başlamalısınız. Bu hədəfə çatdıqda istəsəniz daha çətin bir hədəf müəyyənləşdirə bilərsiniz.

Texnika №4: Son tarix müəyyənləşdirin.

Son tarix olması son dərəcə önəmlidir. Bir son tarix müəyyənləşdirməsəniz, təxirə salacaqsınız. Dolayısı ilə hədəfinizə çatmağınıza icazə verməyəcəksiniz. Misal, qeyd edinki, Siz dekabr ayının 28-dək 20 kilo arıqlayaraq 50 kilo olacaqsınız.

Texnika №5: Kiçik hədəflər təyin edin.

Əsas hədəfiniz müəyyənləşdirdikdən sonra, onu kiçik hədəflərə bölün. Misal, hədəfiniz 6 ayda 20 kiloqram arıqlamaqdırsa, onu parçalayın və qeyd edin ki, Siz hər ay 3,5 kiloqram çəki itirəcəksiniz. Yeriməyə başlayacağınız bir proqrama qərar verin və proqramınızı gedərək artırın. Kiçik hədəflərinizə çatmaq sizə bir uğur hissi verəcək. Bu sizin hədəfinizə doğru iri addımlarla davam etməyinizi təmin edəcək.

Texnika №6: Özünüzü mükafatlandırın.

Yuxarıda qeyd etdiyim kimi, kiçik hədəflərə çatmağınız motivasiyanızı artıracaq. Motivasiya ilə bərabər özünüzü mükafatlandırmağı da unutmayın. Uğurunuzu qeyd edin. Əyləncəli bir şeylər edin. Amma bunun gələcəkdəki uğurunuzu əngəlləməyən bir şey olduğundan əmin olun.

Hədəfimizi konkretləşdirdik. Onu ölçüləbilən və real etdik. Hədəfimiz üçün son tarix müəyyənləşdirdik. Onu kiçik hissələrə böldük. Özümüzü mükafatdırmağı da unutmadıq.

Yuxarıda qeyd etdiyim texnikalardan istifadə edərək hədəfimizə çata bilərik. Elə isə nə gözləyirik, elə indi hədəfimiz üçün çalışmağa başlayaq. Sizə və mənə uğurlar..

Məni hədəfimə bir addım olsa yaxınlaşdırmaq üçün rəy bildirə, yazımı paylaşa və bloquma abunə ola bilərsiniz 🙂

Mənbə: http://pashayevakonul.blogspot.com/

Hazırladı: Könül Paşayeva

Baxış sayı: 384

Xoşuna gəlirsə paylaş...Share on Facebook8Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Pin on Pinterest0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir