Karyera kouçuna müraciət üçün 5 səbəb

Əgər karyeranızda rutin yaşadığınızı hiss edirsinizsə, buradan çıxmağın yolu var, lakin sizin bir professional köməyinə ehtiyacınız ola bilər. İş yerinizi dəyişmək, hətta daha böyük imkanlardan istifadə edərək uğur qazanmağınıza kömək edəcək, karyera kouçunun xidmətindən istifadə etmək üçün 5 vacib səbəbi açıqlayırıq.

1. Nə istədiyinizi dəqiq bilmirsiniz

Nə istədiyinizi bilirsinizmi? Əksəriyyət bildiyini düşünür, lakin karyera məqsədi hər zaman pul qazanmaq ya da yüksək sosial status qazanamaqla bağlı deyil. Məsələn, Wall Street varlı və güclü, lakin bədbəxt bank sahibləriylə qaynayır. İdeal karyera sizin ən güclü tərəflərinizdən istifadə edir, sizin ən güclü istəklərinizin üzərinə gedir, sizə şəxsi məmnunluq, maddi kompensasiya, yaradıcı yeniliklər və həyatınızdan zövq almaq üçün vaxt baxımından balans təklif edir.

Nə istədiyinizi bildiyinizi demək, etməkdən daha asandır və özündə psixoloji faktorları daxil edə bilər, ona görə də siz kənardan kömək istəməkdən çəkinə bilərsiniz. Karyera kouçunun işi – ən azından effektiv olanının – sizə yalnız karyera məqsədlərinizə çatmağa kömək etmək deyil, həm də karyera məqsədinizin nə olduğunu ilk növbədə aydınlaşdırmağa kömək etməkdir. Siz karyera kouçunun xeyirxah biznes terapist olduğunu düşünürsünüzsə, o zaman bu imkandan istifadə etməyin nə qədər dəyərli olduğunu bilirsiniz.

2. Uğura gedən yolunuz sizə tam aydın deyil

Bəzi karyeralar, məsələn tibb, aydın müəyyənləşmiş bir yol təklif edir və bu yolu keçməklə insan uğur qazana bilər. Lakin başqa karyera yolları bu cür aydın olmaya bilər və sizdən məqsədlərinizə çatmaq üçün qeyri-adi düşüncə tələb edə bilər. Məsələn, texnologiya kimi bir sahə ağıllı namizədlərə inanılmaz imkanlar təklif edə bilər, lakin çox alt sahələr və funksiyaları ola bilər ki, bu da iş axtaranlar üçün seçim etməkdə çətinlik yarada bilər. Karyera xoşbəxtliyinə gedən ən qısa yol düz bir xətt ola bilməz.

Təcrübəli karyera kouçu sizin üçün bir çox variantları müəyyənləşdirir və göstərir, sizə qısa və uzunmüddətli müddətli məqsədlərinizə çatmağa kömək edir. Bu, sizə asan bir iş kimi görünə bilər, lakin müxtəlif sənayelər və iş funksiaları, gələcək imkanlar (və qarşıya çıxan problemər) haqqında dərin anlayışa sahib olmağı tələb edir və sizin şəxsiyyətiniz və bacarıqlarınızla real dünyanın imkanları arasında bağ yaradır.

3. Siz hər kəslə eyni deyilsiniz

Sizin iş təcrübəniz dəyərli, lakin çoxşaxəli ola bilər, sizin bacarıqlarınız güclü, lakin qeydi-adi ola, böyük korporasiyaların standart insan resurslarına uyğun şəkildə təqdim etmək üçün ümumi yolunuzu analiz etmək çətin ola bilər. Bunda pis heç nə yoxdur, lakin bu, iş tapmaq prosesini çətinləşdirə bilər. İnsan resursları departamentləri adətən çoxlu müraciətlərlə dolu olur və bəzən onlar namizədi işə götürmək səbəbi axtarmaqdansa ona “yox” demək üçün səbəblər axtarırlar.

Ümumilikdə, CV-niz nə qədər dağınıqdırsa, sizə karyeranız üçün uyğun bir hekayə hazırlamaq o qədər vacibdir. Əgər işə götürənlərin sizin potensialınızı asanlıqla görmədiyinin fərqinə varırsınızsa mesajınızı ən asan başa düşülən dildə verməlisiniz. Lakin bunun üçün təcrübənizin, o cümlədən güclü və zəif tərəflərinizin obyektiv şəkildə qiymətləndirməyiniz lazımdır, bunu isə özümü hər zaman edə bilmirik. Karyera kouçunun kənardan baxışı sizin karyeranızın müxtəlif tərəflərini ən skeptik insan resursları professionalının belə dəyərləndirəcəyi, cəlbedici bir hekayəyə bağlaya bilər.

4. Sizin CV-niz düşündüyünüz qədər təsirli deyil

CV-nizin gücü yalnız verdiyi mesajda deyil, həm də ünsiyyət metodundadır. Sizin öz iş təcrübəniz və təhsilinizdən razı olmağınız başqalarının da bu cür düşünəcəyi demək deyil. Vakansiya üçün rəqabət nə qədər böyükdürsə, kütlədən ayrılıb sərhədi keçə bilməyiniz bir o qədər vacibdir, lakin bunu etmək üçün yaxşı bir kouçun CV-nizi işə götürənlərin amansız süzgəcindən keçirəcək şəkildə formalaşdırması lazımdır. Bu CV sizin işə götürənlə aranızda yeganə ünsiyyət vasitəsi ola bilər, ona görə də güclü, sizi müsahibəyə aparacaq CV-nizin olması çox zəruridir.

5. Siz öz potensialınızı düzgün dəyərləndirə bilmirsiniz

Yəqin ki, bu kouçdan istifadə üçün ən böyük səbəbdir. Sizin bacarıqlarınız universitetdə və ya son işlədiyiniz yerlərdə öyrəndiklərinizdən qat-qat çoxdur, lakin siz bunu görməyə bilərsiniz. Çox işə götürənlər vakansiya tələblərini həyata keçirə bilmək üçün namizədlərin bir çox gizli istedadlarına laqeyd yanaşırlar və professional klişelərə, satış həcmi, fond gəlirləri, xərclərin azaldırlmasına və s. fokuslanırlar.

Lakin siz sürüdən biri olmaq istəmirsinizsə, özünüzün belə xəbəriniz olmayan bacarıqlarınızı üzə çıxarmalısınız. Əvvəldə dediyimiz kimi karyera kouçu sizin gizli güclərinizi, xüsusi istedadlarınızı, sizdə olan müdrikliyi və hələ üzə çıxarmadığınız potensialınızı görməyə və onları lazım olduğu kimi təqdim etməyə sizi məcbur edən biznes terapistidir. Özünüzə verməli olduğunuz sual budur ki, siz yalnız potensialınızın bir hissəsini reallaşdırmaq, yoxsa sərhədləri aşaraq nəyə qadir olduğunuzu görmək və dünyaya göstərmək istəyirsiniz?

Bütün bu səbəblərə görə karyera kouçu xidmətindən istifadə etmək karyera yolunuzda çox ağıllı bir gediş olar.

GR8 tərəfindən yaradılmış Career Coaching proqramına qoşulmaqla karyeranızda böyük dönüş yaradın. Ətraflı məlumat üçün qeydiyyat: https://goo.gl/forms/sUI0gWaS7qPWw5nl1

Baxış sayı: 400

Xoşuna gəlirsə paylaş...Share on Facebook5Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Pin on Pinterest0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir