5 ildən sonra sizə köməyi dəyəcək 18 sadə vərdiş

Gələcəkdə hansı vərdişləriniz sizə yararlı ola bilər? İndidən özünüzdə bu vərdişləri inkişaf etdirməyi təklif edirik.

  1. Natiqlik bacarıqlarınız üzərində işləyin. Bu çox qorxuludur. Hətta Warren Buffet də nitq söyləməmişdən əvvəl ürəyi bulanırdı. Lakin bu son dərəcə mühüm bir məsələdir: karyera pillələrində irəlilədiyiniz müddətdə siz daim müxtəlif qrupdan olan insanlarla ünsiyyət qurmalı olacaqsınız. Buna görə də nitq qabiliyyətinizi mükəməlləşdirməlisiniz.
  2. Proqramlaşdırmanı öyrənin. Gələcəkdə kompüterlər daha güclü olacaqlar və hər sahədə onlara ehtiyac olacaq. Proqramlaşdırma dillərini öyrənməklə kompüterlərlə keyfiyyətli ünsiyyət quracaqsınız və bu sizin karyeranız üçün hər bir halda yararlı olacaq.
  3. Podkastlar dinləyin. Podkast dinləmək sizə əlavə vaxt sərf etmədən öyrənmək imkanı verir. Bu səbəbdən də, siz evdə iş görərkən və ya tıxacda gözləyərkən çox müxtəlif mövzular haqqında çoxlu bilik əldə edə bilərsiniz.
  4. Psixologiya ilə maraqlnanın. Bu, öz düşüncələrimizi, əməllərimizi, niyyətlərimizi başa düşmək üçün ən yaxşı vasitədir.
  5. İdman növlərindən birini öz hobbinizə çevirin. Eləsini seçin ki, bununla illərlə məşğul ola biləsiniz. Əks halda məktəbdə başladığınız və ofisdə davam etdiyiniz oturaq həyat tərzi sizin onurğanızı, belinizi və həzm sisteminizi çox pis vəziyyətə salacaq. Ofis işiniz sizi məhv etməyə çalışır. Bunun qarşısını almalısınız.
  6. Gün ərzində etdiyiniz işləri qısaca olaraq bir yerə yazın­. Mənasız görünə bilər, lakin bu, sizin gününüzü necə keçirdiyinizi göstərəcək. Harvard Universiteti tərəfindən edilən araşdırma göstərir ki, günü 15 dəqiqəlik yazılı şəkildə təsvir etmək nəticədə işdə daha produktiv olmağınıza imkan verəcək.
  7. Hər gün tanımadığnız bir nəfərlə danışın. Yad insanlar = yeni imkanlar. Yeni dost qazanmaq, yeni ideyalar əldə etmək imkanı, yad insanlarla ünsiyyət qorxusundan qurtulmaq imaknı, biznes başlamaq imkanları və s. çox başqa imkanlar əldə edəcəksiniz. Tanıdığınız insanlar sizin karyeranızı, xoşbəxtliyinizi və sağlamlığınızı müəyyənləşdirir, ona görə də bacardığınız qədər çox insanla tanış olmağa çalışın.
  8. Yaxşı dinləməyi öyrənin. İnsanlar özləri haqqda danışmağı sevirlər, onlara bu imkanı vermək üçün dinləməyi öyrənin.
  9. Vaxtınızın dəyərini bilin. Həyat günlərdən, günlər saatlardan, saatlar dəqiqələrdən ibarətdir. Yalnız bu dəqiqələri yüksək dəyərləndirməklə həyatda daha çox şey əldə edə bilərsiniz.
  10. Məqsədinizə doğru getdiniz yolda öz xoşbəxtliyinizi tapın. Dəqiq planlanmış həyatdan qaçın. “İndi lazım olanı edim” “sonra sevdiyim şeyləri edərəm” yerinə, sizi sevindirən işləri görməyə indi başlayın.
  11. Sıx dostluqlar qurun və insanlara qarşı mərhəmətli olun. Siz dostlarınıza düşündüyünüzdən daha çox bənzəyirsiniz.
  12. Təcrübənizi genişləndirin. Daha geniş həyat təcrübəsi topladıqca ideyalarınız daha yaradıcı, insanlarla münasibətləriniz daha yaxşı olacaq.
  13. Pula qənaət edin. Hər maaşınızdan avtomatik olaraq kənara bir qədər pul qoyun.
  14. Meditasiya etməyə başlayın. Bu beyni məşq etdirir və gündəlik baş verən şeylərlə başa çıxa bilməyiniz üçün çox vacibdir.
  15. Təmiz havada olun. Bir yerdə daim qalmaq çox asandır. Gəzməyə çıxın. Koqnitiv psixoloqlar sübut ediblər ki, vəhşi təbiətdə bir az vaxt keçirmək depressiya və tükənmişlik hisslərinə qarşı yaxşı dərmandır.
  16. Sizdən fərqli insanlarla tanış olun. Əgər liberalsınızsa konservatorlarla dostlaşın. Şəhərlisinizsə, kəndli ilə tanış olun. Niyə? Səbəb çoxdur, onlardan biri budur ki, biz müxtəliflik olan mühitdə daha yaxşı qərarlar verə bilirik.
  17. Romanlar oxuyun. Bədii ədəbiyyat – emosional və informativ modelləşdirmədir. Romanlar Sizə digər insanların həyat təcrübələrindən öyrənməyə vadar edir.
  18. Minimal məqsədlər qoyun: gündə 15 səhifə oxumaq, 20 idman hərəkəti etmək, 1 dişinizi təmizləmək. Nəticədə bir günün işini tamamlamaqla, nəhəng layihələri tamamlaya bilərsiniz.

Tərcümə: Jalə Nəcəfova

 

Baxış sayı: 1426

Xoşuna gəlirsə paylaş...Share on Facebook51Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Pin on Pinterest0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir